Qırmızı.az
MTN və XİN Suriyada döyüşən azərbaycanlılardan danışdı
“Azərbaycanda yaraqlıların Suriyaya döyüşlərə göndərilməsi üçün “verbovat” olunması məqsədilə xüsusi qruplar fəaliyyət göstərir”.
Virtualaz.org xəbər verir ki, haqqin.az saytının redaksiyası ona daxil olmuş bu məlumata aydınlıq gətirilməsi üçün MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevə müraciət edib.
A.Babayev “MTN Azərbaycanda belə qrupları aşkarlayıbmı” sualına cavab verərkən təfərrüatlara varmayaraq yalnız onu deyib ki, əməliyyat şəraiti daimi ciddi nəzarət altındadır.
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, nazirlik Suriyada baş verənləri diqqətlə izləyir: “Suriyadakı vəziyyət hazırda gərgin olaraq qalır. Məlum olduğu kimi, Azərbaycanın bu ölkədəki səfirliyi fəaliyyətini dayandırıb. Səfirliyimiz Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq Suriyadakı hadisələri diqqətlə izləyirik. Hər şeydən əvvəl onu aydınlaşdırmağa çalışırıq ki, Suriyada öldürülən şəxslər Azərbaycan vətəndaşlarıdır, yoxsa azərbaycanlılar. Əgər belə bir fakt təsdiqini tapsa, bu haqda əlavə informasiyalar yığırıq, həmin adamların Suriyaya nə vaxt, hansı kanallarla, kimlərlə, hansı pullarla getdiyini öyrənirik. Əgər ortaya azərbaycanlılarla bağlı məsələlər çıxırsa, onda rəsmi Bakı bütün tərəflərlə danışıq aparır. Sonda onu da deyim ki, Azərbaycan vətəndaşlarını bir daha xəbərdar edirik: Suriyaya getmək təhlükəlidir”.
Qeyd edək ki, Türkiyə mətbuatı az öncə Suriyadakı döyüşlərdə
100-dək azərbaycanlı öldürdüyünü bildirib.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO