Qırmızı.az
Leyla Əliyeva yeni layihəyə başladı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi
Naminə Beynəlxaq Dialoq) İctimai Birliyi ilə "Panthera"-vəhşi
pişiklərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında
gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu
imzalanıb.
AzVision.az-ın verdiyi məlumata görə, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "Panthera"
təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma
əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin
qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu
populyasiyanım mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə
tutulub.
"Panthera" təşkilatı, həmçinin Azərbaycan
alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və
mühafizə metodologiyasının hazırlanmasına yardım
göstərəcək.
IDEA-nın təsisçisi Leyla Əliyeva bildirib: "Biz
çox şadıq ki, vəhşi pişiklərin qorunması üzrə dünyanın aparıcı
təşkilatı olan "Panthera" ilə strateji əməkdaşlıq haqda müqavilə
bağladıq. "Panthera" Azərbaycanın təbii irsinin simvollarından olan
Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə bağlı
həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə
malikdir".
Tomas S. Kaplan Azərbaycanın bəbir
populyasiyasının qorunması və sayının artırılması istiqamətində
təşəbbüsünü dəstəklədiyini bildirib: "Bu həftə dünya üzrə
bəbirlərin qorunması ilə bağlı ilk proqrama - "Pardus" layihəsinə
start verilib. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə
başlamağımız da təqdirəlayiqdir".
Qeyd edək ki, "Panthera" ilə beynəlxalq əməkdaşlıq
çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış
yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20
müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim
edilib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN)
nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin
sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənubi-qərb
hissəsində, Azərbaycanla İran sərhədində isə 25-dəkdir.
-
Dünya23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin123:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı