Qırmızı.az
Yanan “Maserati”nin sahibi azərbaycanlı oliqarx çıxdı - FOTOLAR
Bu gün səhər Bakıda yanıb külə dönən “Maserati”nin sahibi məlum olub.
Məlumata görə, avromobilin sahibi Azad Abdullayev azərbaycanlı oliqarx, “Baghlan Group” şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun şərikidir.
Hadisə baş verən anda sükan arxasında olmuş Rüfət Abdullayev (Azad Abdullayevin oğlu) Hafiz Məmmədovun oğlu Kənan Məmmədovla yaxın dostdur.
Rüfət Abdullayevə məxsus olan və bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində yanan “Maserati”nin 10 LL 010 dövlət nömrə nişanının bir neçə maşına bağlanması üzə çıxıb. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW" və "Range Rover" markalı avtomobillərə vurulub.
Qeyd edək ki, bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində "Maserati" markalı avtomobil qəzaya uğrayaraq yanmışdı.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, həmin avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Maşının dövlət nömrə nişanı isə 10 LL 010-dur.
Hadisə şahidlərinin verdikləri məlumata görə, "Maserati"nün sükanı arxasında çox gənc sürücü olub. Maşının yandığını görən kimi ondan düşüb, heç söndürməyə cəhd belə etmədən hadisə yerini tərk edib /Virtualaz.org/.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA