Qırmızı.az
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Azərbaycana gəlir
Mayın 13-15-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri Azərbaycanda rəsmi səfərdə olacaq. Publika.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır..
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edir.
Qeyd edək ki, Azərbaycan BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olmuşdur. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno sazişi, Madrid Sazişi(Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, PatentƏməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOVKonvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və FonoqramlarSazişinə qoşulmuşdur.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO