Qırmızı.az
Tikinti şirkətinin vəzifəli şəxsi barəsində cinayət işi açılıb
Bakı şəhər sakininin "RUM" Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən publika.az-a bildiriblər ki,
araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun
vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ tərəfindən
Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı
mənzili qanunsuz olaraq təkrarən başqa şəxsə satmasında, eyni
zamanda, həmin mənzili 63 min manata satdığı halda rəsmi sənədlərə
mənzilin guya 27 min 700 ABŞ dollarına satılması barədə bilə-bilə
yalan məlumatlar daxil etməklə vətəndaşın qanuni mənayefinə ağır
nəticələrə səbəb olan mühüm zərər vurmasında şübhələr üçün əsaslar
olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA