Qırmızı.az
Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi
Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalar”nda dəyişiklik edib.
İndiyə qədər ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə Nəqliyyat Nazirliyinin təqdimatına əsasən Nazirlər Kabineti tərəfindən təsdiqlənib, sahə avtomobil yollarının adlandırılması və indeksasiyası isə Nəqliyyat Nazirliyi və müəssisələr tərəfindən birgə müəyyənləşdirilib.
Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirib. Bundan sonra respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.
Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdiriləcək.
Mülkiyyətçilərin özəl avtomobil yollarının adlarını müəyyənləşdirmək səlahiyyəti də ləğv olunub.
Bundan sonra özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdiriləcək.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda