Qırmızı.az
Bakıda şimal küləyi mülayimləşəcək, temperatur yüksələcək
Sabah Bakıda şimal küləyi mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.
Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən
yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru
mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17,
gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə
və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33,
dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı
gözlənilir.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO