Qırmızı.az
Adam öldürməyə görə 25 il cəza veriləcək
Azərbaycanda ağır cinayət törətmiş şəxslərə qarşı cəzalar
sərtləşdiriləcək. Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz
Qənizadə bildirib. Onun sözlərinə görə, bunun üçün Cinayət
Məcəlləsinin bir çox maddələrinə dəyişiklər edilməsi nəzərdə
tutulur.
Komitə üzvü deyib ki, elə cəzalar var ki, ölkə qanunvericiliyində
bunun sərtləşdirilməsinə ehtiyac görülür: “Bunun üçün təmsil
etdiyim Komitədə qərara alınıb ki, Cinayət Məcəlləsinin bir çox
maddələrinə dəyişiklik edilsin və bəzi cinayət növləri üzrə 25 ilə
qədər cəzalar artırılsın. Burda ağır cinayətlərdə - dini radikal və
silahlı birləşmələr, adam öldürmə hallarına görə cəzalar
sərtləşdiriləcək. Bu müsbətdir. Hazırda bu müzakirə mövzusudur.
Konkret hansı maddələrin üzərində durulması isə ayın 30-dək
KİV-lərə açıqlama veriləcək”.
Ç.Qənizadə vurğulayıb ki, Cinayət Məcəlləsinin maddələrinə dəyişiklik may ayın 30-dək Milli Məclisin Komitə iclaslarında baxılıb plenar iclasa çıxarılacaq”.
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO
-
Cənubi Qafqaz2 İyun 19:36
Ermənilər gürcü xəngəlinə də "ƏL QOYDULAR" - FOTO