Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın oldu - FOTO
Bizi izləyin

Hadisə

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın oldu - FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Şəkərabad kəndində qamışlıq ərazidə, Cəhri qəsəbəsi və Vayxır kəndində isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Publika.az xəbər verir ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm