Qırmızı.az
Məleykə Abbaszadədən imtahan AÇIQLAMASI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Publika.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və
Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçiriləcəkdir.
İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb
olunacaq.
İmtahanın gedişini işıqlandırmaq üçün 60-dan artıq KİV nümayəndəsi
TQDK-da akkreditasiyadan keçib.
İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə
imtahan verəcək.
M.Abbaszadənin sözlərinə görə, abituriyentlərdən 17551 nəfəri (I
qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan
bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242
nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri
(I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850
nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə
qızlardır.
16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil
müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin
vətəndaşıdır.
Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı
ildəndir.
Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda
1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644,
Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin
imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3
saat davam edəcək.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.
Gülxar
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim