Qırmızı.az
Oğlu əxlaqsızlıq edən direktor işdən çıxarıldı
Azərbaycanda son günlər vəzifəlilərin övladları valideynlərinin qəniminə çevrilib. Yüksək vəzifəli məmur balalarının etdiyi əməllər sonda atalarının başında çatlayıb. Belə hallardan biri də təhsil sistemində baş verib. Məktəb direktoru azyaşlı məktəbliyə qarşı əxlaqsızlıq edən oğlunun güdazına gedib. ANS PRESS-in məlumatına görə, Ucar rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov milli.az-a açıqlamasında 3 saylı Bağman kənd məktəbinin direktoru Binyət Binyətovun oğlunun əməllərinə görə işdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, direktorun 23 yaşlı oğlu Daşqın elə həmin məktəbin 13 yaşlı şagirdi ilə əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilib, atası isə təhsil sistemindən uzaqlaşdırılıb.
Ucar rayon Bağman kənd orta məktəbinin direktoru Binyət Binyətovun
23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq
əxlaqsızlığa vadar edib. Direktor oğlu məktəblinin uşaqlığından
istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı
sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla
əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb.
Onların bir-birinə yazdıqları əxlaqsız smslər də ortaya çıxıb.
Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə
şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr
də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik
yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin
əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs
edilib. Hazırda cinayət işi baxılması üçün rayon
məhkəməsindədir.
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi