Qırmızı.az
Bayraq meydanındakı bayraq niyə endirildi? (FOTO)
Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi əks olunan fotoşəkillər yayıldı. ANS PRESS-in məluamtına görə, fotoşəkillərin bəzilərində bayrağın ümumiyyətlə çıxarıldığı görünür.
Məsələni aydınlaşdırmaq üçün Dövlət Bayrağı Meydanı ilə əlaqə
saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri ANS
PRESS-ə bildirdi ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının
səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.
Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə
əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına
qərar verildi.
Hüseyn Azəri bildirdi ki, külək sakitləşəndən sonra bayraq yenidən
qaldırılacaq.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."