"Azərbaycan əvvəllər də işğal olunmuş torpaqlarını qaytarmağa qadir olacaq"
Bizi izləyin

Qırmızı.az

"Azərbaycan əvvəllər də işğal olunmuş torpaqlarını qaytarmağa qadir olacaq"

Əli Həsənov: “Azərbaycan torpaqlarını azad etməyə başlasa, tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Laçın və Kəlbəcərə planlaşdırılan səfərinə münasibət bildirib.

Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Faktaraşdırıcı Missiyası işğal altındakı rayonlara 2005-ci və 2010-cu ildə səfərlər edib.

O, hər iki səfər zamanı işğal altındakı rayonlarda beynəlxalq konvensiyalara zidd, qeyri-qanuni məskunlaşma olduğunun müəyyənləşdirildiyini bildirib: “Faktaraşdırıcı Missiya 2010-cu ildə işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırdığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib. Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in Faktaraşdırıcı Missiyasının son hesabatını dərc etməsinin üzərindən 4 il keçir. Növbəti missiya səfərində nə məqsəd güdür, bu da sual altındadır. Hələ əvvəlki səfərlərin nəticəsi nə olub? Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib. Azərbaycan prezidenti güclü ordu və iqtisadiyyatın qurulması istiqamətində fəaliyyət göstərir. Bəlkə o zaman qarşıdakı düşmən hiss edər ki, Azərbaycan dövləti torpaqlarını azad etməyə başlasa, tək 1990-cı illərdə yox, daha əvvəllər işğal edilən torpaqları da azad etməyə qadir olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm