Qırmızı.az
"Səfir bizə dərs keçə bilməz" - Novruz Məmmədovdan Morninqstara sərt CAVAB
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq radiosuna verdiyi müsahibəsində Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.
Publika.az-ın sualına cavabında PA rəhbərinin müavini deyib ki, səfirin bu müsahibəsi Azərbaycanın daxili işlərinə müdaxilədir: "Azərbaycan üçün bu qəbul edilməzdir. Bu, həm Vyana konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz sözünü deyə bilər, amma səfir bizə dərs keçə bilməz. Azərbayacan müstəqil siyasət yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonunu qəbul etmirik".
N.Məmmədov səfirin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı söylədiyi fikirləri də şərh edib: "Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Bunu dünya mediası da dəfələrlə bəyan edib. "Molotov kokteyli"nin istifadəsinə də ABŞ dəfələrlə dəstək verir. Bu qəbul edilməzdir".
PA-nın şöbə müdiri ABŞ-ın Azərbayacanın daxili işlərinə qarışmamağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxından kömək etməyə çağırıb: "İndiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir kömək göstərməyib. Amma işğalçı Ermənistana indiyədək 2 milyardlıq yardım edib. Biz bunu bilirik".
Səfirin korrupsiya ilə bağlı ittihamlarına da toxunan N.Məmmədov deyib: "Heç bir dövlət ideal deyil. Eləcə də ABŞ. Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul Quliyev ABŞ-da yaşayır və himayə olunur".
Vasif Həsənli
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu