Qırmızı.az
Kürdəmirin yeni başçısı müavinini işdən çıxardı
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov vəzifəsindən azad olunub.
Teleqraf.com-un məlumatına görə, təxminən bir ay öncə - 16 aprel 2014-cü ildə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ceyhun Cəfərov V.Məmmədovla yanaşı daha bir neçə məmur vəzifələrindən azad olunub.
C.Cəfərov başçı təyin edilən gündən
tikinti işlərinə xüsusi diqqət yetirir. Əvvəlki icra başçısı İrşad
Əliyevin vaxtına rayonun mərkəzi küçələrinin divarlarına vurulan ağ
lay daşları hazırda qırmızı üzlüklərlə əvəz olunur. Bu dəfə
hazarların üzlənməsi yol kənarındakı mağaza sahiblərinin şəxshi
hesabları əsasında aparılır.
Qeyd edək ki, Kürdəmirdə son illər
təyin olunan icra başçıları daha çox divarlara diqqət yetiriblər.
Fəxrəddin Məlikov rayona dəmir (lambir) hasarlar çəkdirmişdi. İrşad
Əliyev dəmir hasarları söküb ağ lay daşlarla əvəzlədi. Sonuncu isə
ağ lay daşlarının yerinə qırmızı üzlüklər çəkir.
Amma Kürdəmirin əsas problemi divarların hansa rəngdə və ya hansı hündürlükdə olması ilə bağlı deyil. Rayonun yolları bərbad haldadır. Xüsusilə, Küdəmir-Ağsu yolu keçilməz durumdadır. Əhalinin yeni icra başçısından əsas xahişi dağılmış yollara asfalt çəkilməsi, təmir olunmasıdır.
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO