Qırmızı.az
Müəllimlərin etik davranış qaydaları təsdiqlənib
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qaydalar butun növ təhsil muəssisələrində işləyən muəllimlərə şamil edilir.
Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində saglam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisəsinə va muəllimə etimadının artırılmasına, təhsil muəssisələrinin idarə olunmasında valideynlərin va cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil muəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının va maraqların toqquşmasının qarşısının alınmasına və muəllim nüfuzunun yuksəldilməsinə nail olmaqdır.
Qaydalara görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil muəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqadar (qanunsuz fəaliyyat istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən qərəzsiz olmalı, öz peşə vəzifəsindən və səlahiyyətlərindən kanar məsələlərə müdaxilə etməməlidir. Muəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərfliyə əməl etməyə borcludur.
Muəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud oz şəxsi maragı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müəllim iş vaxtında kənar işlərlə məşgul olmur, üzrsüz səbəbdən işdən yayınmır.
Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özunu ələ
almagı bacarmalıdır.
Müəllim təhsilalanlara qarşı haqsızlıga yol verdikdə səhvini etiraf
etməyi bacarmalı, nitqində kobud va təhqiredici sözlər işlətməməli,
təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və
ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.
Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti müqabilində hədiyyə va ya pul tələb etməməlidir.
Təhsilalanlar va digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq etməsi yolverilməzdir.
Muəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna zidd olmasına əmindirsə, o, həmin əmri va ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barada yazılı əsaslandırmanı birbaşa rəhbərliyə va ya yuxarı orqana təqdim etməlidir. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətina səbəb olur.
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər