Qırmızı.az
Anar Məmmədliyə 9 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un aldığı məlumata görə, məhkəmə prosesində prokuror
Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlıya 8 il 6 ay, Elnur Məmmədova
isə 8 il 6 ay həbs cəzası istəyib. Bununla yanaşı, dövlət
ittihamçısı Anar Məmmədlinin 3, Bəşir Süleymanlının 2 və Elnur
Məmmədovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməsini də
məhkəmədən tələb edib.
Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət
Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü, Elnur
Məmmədovun isə eyni maddələr və əlavə olaraq da 179-cu maddənin 3
bəndi üzrə, ümumilikdə 8 maddə üzrə təqsirləndirilən şəxs qismində
cəlb edilərək, Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa
yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə
məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO