Qırmızı.az
Həbsxanaya gələn tortun içindən telefon çıxdı - FOTOLAR
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları
tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində 2 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş
əşyaların keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a
verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin
178.3.2; 320.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 10 il
müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əliməstan oğlu
Aslanovun yanına qısamüddətli görüşə gəlmiş qaynı vətəndaş Heydər
Rahil oğlu Nağızadənin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman
tort qabının altındakı kartona izolyasiya edilmiş vəziyyətdə 2 ədəd
“Nokia-5310” markalı mobil telefon aparatı, 1 ədəd adi və 1 ədəd
naqilsiz qulaqcıq və mobil telefon aparatı üçün elektrik
qidalandırıcısının hissələri aşkar edilərək götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı Cəzaçəkmə
müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 180.1 maddəsi ilə
təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum
Tariyel Etibar oğlu Məmmədovun üzərinə baxış keçirilərkən
ayaqqabısının içərisindən 2 ədəd GSM danışıq kartları aşkar
edilərək götürülüb.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO