Qırmızı.az
ASAN-dan yenilik: Növbəni online izlə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.
“Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət”
mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət
göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə
orta gözləmə vaxtı da əks olunur. Bundan başqa bölmədə
istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə
tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə
edirlər.
www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə
göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri
hissəsini seçməklə aidiyyati xidmətlər üzrə müvafiq mərkəzlərdəki
xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbəti
müraciətlərin sayı ilə də yaxından tanış ola bilərlər.
Bakıda qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır və yerinə düşür. Belə ki, siz indi daha az növbənin olduğu ASAN şöbəsini seçərək, ora üz tuta bilərsiniz.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ