Qırmızı.az
Şəkidə 4 maşın toqquşdu, yaralı var
Ötən gün axşam saat 22 radələrində Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib. Qəza zamanı bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə
Şəkinin Salman Mümtaz küçəsində qeydə alınıb. Məmmədli Möhlüd Qurbanəli oğlunun
idarə etdiyi 45-BC-763 dövlət nömrə nişanlı "VAZ-2106" markalı
avtomobil,Abdulhəmidov Pərviz Əlyəsər
oğlunun idarə etdiyi 90-HA-974 dövlət
nömrə nişanlı xırda tutumlu "Ford" markalı yük avtomobili,
Qarayev Nurəddin İlyas oğlunun idarə etdiyi 55-BM- 894 dövlət nömrə nişanlı "VAZ-2106"
markalı avtomobil və sahibi bilinməyən 55-ZA-035 dövlət nömrəli yük
avtomobil toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Hadisə zamanı Məmmədli Möhlüd idarə etdiyi
avtomobillə dönmə hərəkəti edən Abdulhəmidov Pərvizin idarə etdiyi
avtomobili vurub. Daha sonra arxadan gələn Qarayev Nurəddinin
avtomobili "Ford" markalı avtomobillə toqquşub. Toqquşma zamanı
zərbənin gücündən Nurəddinin avtomobili yol kənarındakı yük
avtomobilinə çırpılıb.
Nəzərinizə çatdıraq ki, bu, polisin ehtimal etdiyi
ilkin ehtimaldır. Qəza nəticədə bir nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində
araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq
araşdırmalardan sonra bəlli olacaq.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI