Qırmızı.az
Mübariz Mənsimovdan növbəti nəhəng layihə - (Fotolar)
“Palmali” Şirkətlər Qrupu bundan sonra gəmilərini öz gəmiqayırma zavodunda inşa edəcək.
Türkiyənin İzmit vilayətindəki Gölcük bölgəsində yerləşən Armada gemiqayırma zavodunda eyni vaxtda 2 gəminin əsas korpusunun inşası başlayıb. Gəmiler “Volqa-Don maks” tankeri sinfinə aiddir.
Virtualaz.org bildirir ki, yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 7100 tonn dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir. Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir.
Gəmilərin inşasına başlama mərasimində “Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, tanınmış iş adamı, Fiba Holding İdarə Heyətinin sədri Hüsnü Özyeğin və başqa nüfuzlu iş adamları, siyasətçilər iştirak ediblər. Ənənəyə uyğun olaraq xatirə lövhəsi gəminin gövdəsinə bərkidilib, əsas korpusun inşasına start verilib.
İlk gəmi suya gələn ilin fevral ayında endiriləcək.
RST22M tipli gəminin ümumi uzunluğu 139,95 metr, eni 16,6 metr, bortun hündürlüyü isə 6,0 metrə bərabərdir.
Layihə hazırlanarkən dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə “ЭКО ПРОЕКТ" (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub.
“Palmalı” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO