Qırmızı.az
YAP Qadınlar Şurasının yeni sədri seçildi
Publika.az-ın məlumatına görə, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ötən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından, onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolundan danışıb.
Bildirilib ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası çox geniş potensiala malikdir.
Sonra konfransın gündəliyi açıqlanıb. Belə ki, 84 şəhər və rayondan 369 nümayəndənin iştirak etdiyi tədbirdə YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, sədri və sədr müavinləri, şura üzvləri seçiləcəklər.
Daha sonra konfransda Şuranın sədri seçilib. Milli Məclis sədrinin müavini Bahar Muradova YAP Qadınlar Şurasının sədri postuna Şuranın hazırkı sədri Nurlana Əliyevanın namizədliyini irəli sürülüb və o, yenidən YAP Qadınlar Şurasının sədri seçilib.
N.Əliyeva ona yenidən etmad göstərdilləri üçün təşəkkür edib, qarşıdakı 5 ildə daha ciddi səylə çalışacağını bildirib.
Xatırladaq ki, konfrnasdan əvvəl YAP Qadınlar Şurasının ümumrespublika konfransının iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Vasif Həsənli
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”