Qırmızı.az
Nazir fermerlərə texnikalar payladı - FOTOLAR
Ucarda bir qrup sahibkara yeni texnika
verilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq”
ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Hollandiya
və Belçikadan gətirilmiş 147 ədəd texnikanın təqdimatı mərasimi
keçirilib. Respublikanın 25 rayonundan sahibkarların iştirak
etdikləri tədbirdə əvvəlcə sahibkarlara bazadakı mövcud texnika
barədə ətraflı məlumat verilib.
Daha sonra fermer və sahibkarlara 80 ədəd Belçikanın "New Holland",
60 ədəd Almaniyanın "Class" və 7 ədəd Fillandiya istehsalı olan
"Sampo" kombayınları paylanıb.
Görüşdə iştirak edən nazir Heydər Əsədov bildirib ki, taxıl biçini
mövsümü yaxınlaşdıqca, kənd təsərrüfatı məhsulları istehsalçıları
dünya standartlarına uygun yeni texnikalarla təmin olunacaqlar.
Onun sözlərinə görə, ən müasir texnikalar artıq fermer və
sahibkarların ixtiyarındadır. Tədbirdə texnikaların göstəriciləri
və istismar qaydalarını mənimsəyən, kursları bitirən
mexanizatorlara da sertifikartlar verilib.
Nazir onu da qeyd edib ki, yaxın zamanlarda çəltik yiğimı və cay
plantasiyaları üçün ixtisaslaşdırılmış texnikaların gətirilməsi də
nəzərdə tutulur.
Tədbirin sonunda sahibkarlara kombaynların açarları təqdim olunub.
Fermer və sahibkalar dövlət başçısının görstərdiyi diqqət və
qayğıya görə təşəkkürlərini bildiriblər.
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...