Qırmızı.az
Bakıda daha bir yeniliyin şahidi olacaqsınız
Azərbaycanda 2012-ci ildən başlayaraq müasir ünvan sisteminin tətbiqi və yeni qaydalarla ünvanvermə işləri həyata keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu
il martın 1-dən etibarən Bakının Səbail, Yasamal, Binəqədi, Xətai,
Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri
İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Yeni
ünvan sistemi vətəndaşların istənilən vaxt ünvanları rahat və tez
tapa bilməsini təmin edir. Yeni qaydalara əsasən, binanın hər
girişinə ayrıca ünvan verilir.
Yeni ünvan sistemində məlumatlar daha təfərrüatlıdır. Belə ki,
lövhədə hər bir mənzilin nömrəsi, onun hansı mərtəbədə yerləşməsi
də qeyd olunacaq, küçə və prospektlər kodlaşdırılacaqdır.
Sənədlərdə küçə və prospektin adı ilə yanaşı, kodlaşmış nömrəsi də
göstəriləcəkdir. Küçənin adı dəyişdiyi təqdirdə kod
dəyişməyəcəkdir.
Yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakının 1325, Sumqayıtın
69, Gəncənin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə
giriş ünvanları təyin edilib.
Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir
standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata
keçirilir. Hazırda komitə tərəfindən küçə və prospektlərdə, park və
xiyabanlarda yeni dizaynda informasiya lövhələri və istiqamət
qurğuları yerləşdirilir. Paytaxtın 130 küçə və prospektindəki
daşınmaz əmlak obyektlərində giriş və ünvan lövhələri
quraşdırılmışdır. Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı
Meydanında ünvan lövhələrinin quraşdırılması yekunlaşıb.
Park informasiya lövhələri hazırlanarkən onların quraşdırıldığı
ərazinin və məkanın xüsusiyyətləri, memarlıq tələbləri, ölçü
mütənasibliyi və baxış məsafəsi kimi amillər nəzərə alınıb.
Parklarda, xiyabanlarda quraşdırılmış informasiya qurğuları və
lövhələri, yol ayrıclarında qoyulan ünvan istiqamətləndiriciləri
özündə Azərbaycan və ingilis dillərində məlumatları əks etdirir
/Azərtac/
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!