Qırmızı.az
Olimpiada iştirakçılarından biabırçı nəticələr
Azərbaycanda bu il yüksək nəticə ilə fənn olimpiadasınının respublika turuna göndərilən şagirdlərin 16,6 faizi "0-2" bal toplayıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" imzaladığı əmrdə qeyd edilir ki, 2013-2014-cü dərs ilində fənn olimpiadaları nazirlik və yerli təhsili idarəetmə orqanları tərəfindən 3 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36908 nəfər iştirakçısından II tura 6374 nəfər (17,2 faiz) keçmiş, onlardan 849-u (13,3 faiz) yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib.
Ciddi narahatlıq doğuran vəziyyət respublika turunun 849 iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal - 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz; "2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olub. Həmin şagirdlərdən 139-u (98,5 faiz) olimpiadada texniki və təbiət fənləri üzrə iştirak edib. Yerlərdə olimpiada iştirakçılarının seçimi və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv aparıldığı üçün yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1", 17-si "2"; fizikadan 12-si "0", 4-ü "1", 4-ü "2"; kimyadan 21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1", 4-ü "2"; informatikadan 2-si "0", 1-i "2"; Azərbaycan tarixindən 1-i "0", 1-i "2" balla qiymətləndirilib. Belə şagirdlər Mingəçevir şəhəri və İsmayıllı rayonunun hər birindən 7, Şamaxıdan 6, Astara, Biləsuvar, Şəki, Ağcabədi rayonlarının hər birindən 5, Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonlarının hər birindən 4, Şirvan şəhəri, Sabirabad, Ağdaş, Balakən, Xaçmaz, Lerik, Daşkəsən, Zəngilan rayonlarının hər birindən 3 nəfər olub. Digər rayonlarda da belə faktlar müşahidə edilib.
Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz), biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər, 16,7 faiz), fizika (11 nəfər, 11,3 faiz) fənləri üzrə "3-5" bal toplaması da yerlərdə olimpiadalara, istedadlı şagirdlərlə işin təşkilinə, texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini göstərir.
M.Cabbarov imzaladığı əmrlə şagirdlər üçün 2 ay ərzində fənn olimpiadalarının təşkili və keçirilməsini tənzimləyən yeni qaydalar layihəsi hazırlamağı tapşırıb.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO