Qırmızı.az
Jurnalist: “Xahiş edirəm, məni müdafiə edin”
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirliyə “Hizbullah qalibun” ləqəbli Namiq Həşimzadə tərəfindən təhdid və hədə-qorxular davam edir.
Baş redaktor AzNews.az-a açıqlamasında bildirib ki, N.Həşimzadə
sonucu dəfə dünən ona zəng vurub və onu yenidən hədələyib.
R.Bəşirlinin sözlərinə görə, Həşimzadədən başqa daha bir neçə nəfər
də onu sosial şəbəkələrdə hədələyir:
“Daha bir neçə nəfər facebook-da inboksuma yazırlar, “Youtube”da onun paylaşdığı videoların altında təhqiramiz ifadələr yazıb nömrələrini qoyurlar. Açıq şəkildə hədə-qorxular gəlirlər. Dünənki telefon zəngində mən ona bildirdim ki, artıq polisə də müraciət etmişəm. Bu adam polis haqda da təhqiramiz ifadələr işlətdi. Ardınca isə həmin telefon danışığımızı götürüb internetə qoydu. Təsəvvür edin ki, bu adam heç nədən qorxmur. Ondan sonra polisə müraciət elədim. Binəqədi rayonu 5-ci polis bölməsindən məni çağırdılar. Bu gün gedib yenidən ifadə verəcəyəm. Amma mən hesab edirəm ki, bu işə bölmə səviyyəsində yanaşmaq olmaz”.
Baş redaktor AzNews.az vasitəsilə hüquq-mühafizə orqanlarının
rəhbərlərinə müraciət edib:
“Sizin vasitənizlə Daxili İşlər nazirinə, Milli Təhlükəsizlik nazirinə müraciət edirəm. Bu, olduqca ciddi məsələdir. Mən bu adamlarla üz-üzə öz şəxsi problemimə görə gəlməmişəm və bir-birimizi tanımamışıq. Onların İranın “Səhər” televiziyasında Azərbaycan xalqı, dövləti və hakimiyyəti haqqında səsləndirdiyi təxribatçı fikirlərə təpki göstərməyim məni onların hədəfinə çevirdi. Bütün jurnalistlərdən, cəmiyyətdən məni müdafiə etmələrini xahiş edirəm. Bu adamlar açıq şəkildə təhdidə və hədə qorxuya keçiblər”.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu