Qırmızı.az
BDU-da kafedra müdiri vəfat etdi
Bakı Dövlət Universitetinin "Slavyan ölkələri tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Talış oğlu Vəliyev vəfat edib. Bu barədə Milli.Az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovaməlumat verib.
Tofiq Vəliyev 1934-cü il may ayında Ağdam
şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub.
1948-1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır.
1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində
müəllim işləmişdir. 1953-1958-ci illərdə Bakı Dövlət
Universitetinin tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan
sonra təyinatla AMEA Tarix institutuna göndərilmişdir. 1960-1963-cü
illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1966-cı
ildə "XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi"
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı
ildə "XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı"
mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı
ildə müsabiqə yolu ilə BDU-nun tarix fakültəsinə professor
vəzifəsinə keçmişdir. 1993-cü ildən bu günədək fakültənin "Slavyan
ölkələri tarixi" kafedrasının müdiri vəzifəsində
işləyib.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO