Qırmızı.az
Bakıda ata və iki oğlu evdə bıçaqlandı
Qaradağ rayon Ələt qəsəbəsində bir ailənin 3 üzvü bıçaqlanıb. Rayon polisindən AzNews.az-a verilən məlumata görə, hadisə bu gecə saat 1 radələrində baş verib.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Əbilov Ağabala və onun
övladları 1990-cı il təvəllüdlü Əbilov Azər, 1991-ci il təvəllüdlü
Əbilov Xəzər yaşadıqları ünvanda bıçaqlanıblar. İlkin ehtimala
görə, hadisəni xəsarət alan şəxslərin qonşusu törədib. Xəsarət alan
şəxslər yaxınları tərəfindən Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasına çatdırılıb.
Həkimlərin səyi nəticəsində hər üç xəsarət alan şəxsin həyatını
xilas etmək mümkün olub. Onlar hazırda 1 saylı Kliniki Tibbi
Mərkəzinə yerləşdiriliblər. Mərkəzdən isə bildirilib ki, hazırda
hər üç şəxsin həyatı təhlükəsi yoxdur. Hazırda Qaradağ rayon 11-ci
polis bölməsi hadisənin hansı səbəbdən baş verməsini öyrənir.
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi