Qırmızı.az
Şəki-Qax yolunda avtomobil körpüdən aşıb
Şəki-Qax magistral yolunda avtomobil körpüdən aşıb.
Publika.az "Kanal S"ə istinadən xəbər verir ki, ötən gün saat 21:00 radələrində Şəki-Qax magistral yolunda yol qəza hadisəsi qeydə alınıb.
Hadisə zamanı Oğuz rayon Şirvanlı kənd sakini Mehdiyev Firuz idarə etdiyi Daewoo Nexia markalı avtomobili ilə Qax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili körpüdən aşırıb.
Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Lakin hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq yüksək sürət və idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar Şəki Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”