Qırmızı.az
100 minlik nömrənin sahibi yalan danışdı – YENİLƏNİB (FOTO)
Azərbaycanda 100 min manata satıldığı iddia edilən 055 666 66 66 nömrəsinin sahibinin yalanı üzə çıxıb.
Belə ki, Milli.az saytında sözügedən nömrənin satılması haqda xəbər yayılandan sonra kimliyini açıqlamayan şəxs bunu yalanlayararaq həmin nömrənin satılmadığını deyib.
Həmin nömrəni işlədən şəxs bildirib ki, 666 66 66 nömrəsi ona
məxsusdur və heç vaxt satışa çıxarılmayıb.
AzVision.az internet üzərində axtarış apararaq həmin nömrənin
sahinin kimliyini müəyyən edib. Özü açıqlamasa da nömrənin sahibi
Vüqar Əsədli adlı şəxsdir. O, həmin nömrəni internetdə satışa
çıxararaq 100 min manat qiymət müəyyən edib.
14:23
Dünyanın ən bahalı nömrəsi kimi təqdim edilən "055 666-66-66" nömrəsinin sahibi AzNews.az-a danışıb. Adını açıqlamaq istəməyən nömrə sahibi bildirib ki, yayılan məlumatlar cəfəngiyatdır:
“Mən uzun illərdir ki, bu nömrəni işlədirəm və bu barədə Bakcell-dən rəsmi məlumat əldə edə bilərsiniz. Xəbəri yayan mətbu orqanlarını da vəkilim vasitəsilə məhkəməyə verəcəm. Əgər təkzib verilməsə, gələn həftə ərzində məhkəməyə verəcəm. Çünki bu məlumatı yaymamışdan qabaq mənimlə əlaqə qura bilərdilər”.
Qeyd edək ki, bu gün milli.az xəbər portalında bir vaxtlar dünyanı
satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsinin artıq
Azərbaycanda satılması barədə məlumat yayılıb. Bu gün özünü iş
adamı kimi təqdim edən şəxs sözü gedən portala zəng edərək bildirib
ki, satışa 100 000 manat qiymətlə çıxarılan “Bakcell” mobil
operatorunun 055 666 66 66 nömrəsini alıb.
Onun sözlərinə görə, həmin nömrəni 100 000 manata yox, endirimli qiymətə alıb. Xəbərdə deyilir ki, bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha – "666-66-66" nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO