Qırmızı.az
İmkansız tələbələrə yardım göstəriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına və tələbələrə birdəfəlik maddi yardım veriləcək.
Azərbaycan Dövlət İqtisad Universitetindən Publika.az-a verilən məlumata görə, universitetin Elmi Şurasının növbəti iclasında "Universitet əməkdaşlarına və təhsil alanlarına birdəfəlik maddi yardım verilməsi haqqında əsasnamə" təsdiqlənib. Layihənin məqsədi müəllim və tələbələrin sosial təminatının yaxşılaşdırılmasıdır.
İclasda həmçinin "İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti"nin nizamnaməsi də qəbul edilib. Yeni yaradılacaq cəmiyyətin vəzifəsi ali təhsil müəssisində təhsil alan imkansız tələbələrə yardımların göstərilməsi, qocalar və kimsəsiz uşaqlar evinə tələbələr tərəfindən könüllü yardımların edilməsi, eyni zamanda xəstələrə və yardıma ehtiyacı olanlara kömək göstərmək olacaq.
İclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub. Şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər.
ADİU-nun rektoru, professor Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin aryı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib.
Rektor yay sesiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan "Qaynar xətt"in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib.
İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib.
Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının ürərində iş aparıldığını bildirib. Ə.Muradov sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını əlavə edib.
Rektor universitet daxilində "Ağsaqqallar şurası"nın yaradılması təklifi ilə çıxış edib. Şura üzvləri təklifi dəstəkləyiblər.
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər