Qırmızı.az
Rusiyada “Şuşaya azadlıq!” kampaniyasına start verilib
Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi “Şuşaya azadlıq!” kampaniyasına başlaması barədə bəyanat verib.
Məlumata görə, bəyanatda deyilir: "Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin təşəbbüsü ilə başlanan “Şuşaya azadlıq” kampaniyasına Rusiya Federasiyasında hər çür dəstək veriləcəyini və “Şuşaya Azadlıq!” kompaniyasına Rusiya Federasiyasında start verildiyini bəyan edir.
“Şuşaya azadlıq!” kampaniyası çərcivəsində Rusiya Federasiyasında Qarabağ problemi, Şuşa şəhərinin tarixi və işğalı haqqında rus dilində video çarxlar və kitabçalar hazırlanaraq Rusiya ictimaiyyətinə yayılacaq. Bundan başqa, Şuşanın işğalının ildönümü yüksək səviyyədə qeyd olunacaq, tanınmış şuşalılar haqqında məlumat veriləcək, Şuşanın Azərbaycan tarixində rolu, bugünkü vəziyyəti haqqında elmi və praktiki konfranslar təşkil olunacaq, tanınmış Rusiya ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilərək Azərbaycan və Rusiya mətbuatında, sosial şəbəkələrdə işıqlandırılacaq. Başqa xalqların nümayəndələri ilə birlikdə aksiyalar təşkil olunacaq.
Hərəkat, Rusiyada “Şuşaya Azadlıq!” kampaniyasının həyata keçirilməsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı, İnterAz teleradio şirkəti və bu ölkədə fəaliyyət göstərən bütün ictimai birliklərin mənəvi dəstəyinə arxalanır".
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!