Qırmızı.az
Məşhur türk şirniyyatçısı Azərbaycanda – FOTOLAR
Ailəsi ilə dincəlmək, işgüzar və ya sadəcə, səmim dost görüşləri üçün yeni yer axtaranlara Türkiyənin məşhur şirniyyatçısından xəbər var. “Özsüt” Azərbaycanda kafe açıb.
Bu adı tanıyanlar onun ənənəvi türk şirniyyatı ilə yanaşı, fransız ustaları ilə birgə hazırlanan tortları, dondurmaları, Avropa və türk mətbəxindən yeməkləri ilə məşhur olduğunu bilirlər. "Özsüt" Türkiyədə ən böyük gündəlik tort istehsalçısı və yayıcısıdır. "Bakıdakı "Özsüt" şöbəsi də brendin bu ənənəsinə sadiq qalacaq və kafe yüksək keyfiyyət və dada malik tortlarla təmin olunacaq”, – bunu "Özsüt Azərbaycan"ın icraçı direktoru Sabir Niftaliyev bildirib. Sabir Niftaliyev azərbaycanlıların həssas olduğu yüksək servisi təqdim etmələri üçün peşəkar komanda yığdıqlarını qeyd edib.
Bakıdakı “Özsüt” Türkiyədə 200-ə yaxın kafesi olan nəhəng şəbəkənin xaricdə ilk şöbəsidir. Brend bu addımla xaricə açıldığını bəyan edib. Açılış mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin tücarət attaşesi Cengiz Türkay bunu iqtisadi əməkdaşlıqda iki ölkə arasında qarşılıqlı inam və etibarın güclülüyü ilə əlaqələndirib.
“Özsüt”ün Bakıdakı kafesində dincələnlər üçün dada yerləşdiyi yerin rahatlığı da qatılacaq. Kafe “Gənclik" metrostansiyası yaxınlığındakı “Atatürk” Parkının sərinliyi və sakitliyində gözəl istirahət vəd edir.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA