Qırmızı.az
Amerikalı konqresmenlərin Bakıya səfəri başa çatdı – FOTOLAR (R)
Amerikalı konqresmenlərin Bakıya səfəri başa çatdı. Konqresmenlərə Azərbaycan tarixinin təzadlı və faciəvi dövrü haqqında geniş məlumat verildi.
İlinoys ştatının nümayəndələri Kennet Dankin, Le Shon Keyt Ford, konqresmen Lui Qutyeresden ibarət CoDEl nümayəndə heyətinin Bakıya 2 günlük səfəri başa çatdı.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində konqresmenlər ölkənin ictimai-siyasi, mədəni həyatı ilə tanış olmaq imkanı əldə etdilər.
Konqresmenlərin səfərinin ilk günü ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması ilə başladı. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyətinə müasir Azərbaycan tarixinin təzadlı və faciəvi dövrü haqqında geniş məlumat verildi.
3 gün ərzində Azərbaycanın yüksək rütbəli məmurları, ictimai xadimləri ilə görüşən konqresmenlər Azərbaycan Diplomatiya Akademiyasının da qonağı oldular.
Akademiyanın rektoru Hafiz Paşayevlə, muəllim heyəti ilə görüşən nümayəndə heyəti Azərbaycanın təhsilinin bu günü haqqında fikir mübadiləsi aparıldı.
Daha sonra Heydər Əliyev mərkəzində təşkil olunan ekskursiya çərçivəsində konqresmenlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya, Milli İncilər sərgisi ilə tanış oldular.
Bakının özündə həm qədim, həm də müasir memarlıq ənənələrini ahəngdar şəkildə yaşatması konqresmenlərin ölkəmizdən zəngin təəssüratla ayrılmasına zəmin yaratdı.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi