Qırmızı.az
Bakıda donuz ətindən “Halal kolbasa” istehsal edən firma - FAKT
Ət məhsulları istehsalı ilə məşğul olan “Orxan SS” firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Publika.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, müəssisə tərəfindən “halal” adı ilə istehsal olunan kolbasalarda donuz əti aşkarlanıb.
Belə ki, “CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsullarının
avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə
nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal
Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasalarının və “Təndir”
sosiskasının etiketində məhsulların halal olması ilə bağlı
ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının
istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların
tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat
sahəsində istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, “Ukrainskaya kopçennaya” kolbasasının resepturasında
və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi
halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı
ifadələri verilib.
“Servelat” kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Eyni zamanda, “Baranina”, “Kristal Həvəskar”, “Servelat Xəzər”, “Doktorskaya”, “Krakovskaya”, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Solyami” kolbasaları və “Təndir” sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi müəyyən edilib.
Nazirlikdən bildirilib ki, qanun pozuntusuna yol vermiş “Orxan SS” İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...