Qırmızı.az
Bakıda 2 yük maşını toqquşdu: Yaralılar var
Bakının Səbail rayonunda iki yük maşının toqqşmasın ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Salyan şossesinin 4-cü kilometrliyində, 20-ci sahə kimi tanınan ərazidə qeydə alınıb. Qəza zamanı sürücü Məhəmməd Əsgərov idarə etdiyi “SHACMAN” markalı yük avtomobili ilə Bayıl qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını işıqforda dayanan digər eyni markalı yük maşınına çırpıb.
Qəza nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Yaralı sürücü
isə qəzadan sonra əzilən avtomobilin içində sıxılmış vəziiyyətdə
qalıb. O, hadisə şahidləri tərəfindən yük maşınından çıxarıldıqdan
sonra təcili yardım briqadasının həkimləri tərəfindən xəstəxanaya
aparılıb.
Digər yük maşının sürücüsü isə izahatının alınması üçün polis
idarəsinə aparılıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə
Məhəmməd Əsgərovun idarə etdiyi yük maşının əyləc sistemində
yaranan nasazlıq səbəb olub.
Qəzadan sonra hadisənin baş verdiyi yolda bir müddət tıxac yaranıb.
Hadisə yerində olan yol-patrul xidməti əməkdaşdları nəqliyyatın
hərəkətini tənzimləyəndən sonra tıxac aradan qaldırılıb və yolda
maşınların normal hərəkəti bərpa olunub.
Faktla bağlı səbail rayon polis idarəsində araşdırma aparılır.
Həmçinin qəzanın səbəblərini müəyyən etmək üçün müvafiş olaraq
avtotexniki və tibbi ekspertizalar da təyin edilib. /Ans/
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...