Qırmızı.az
Sabah 35 dərəcə isti olacaq
İstirahət günü Azərbaycanda isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az
bildiriblər ki, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub
küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz
olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22,
gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz
keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.
Qeyd edək ki, sabah çimərlik mövsümünə rəsmən start veriləcək.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI