Qırmızı.az
Qızı sevmədiyinə ərə verən ailədə iki MÜƏMMALI intihar
Cəmi bir neçə gün əvvəl toy çalınıb, gəlin köçürülən
evdən ard-arda iki meyit çıxıb.
Yanvarın 12-si əslən Lerik rayonunda olan Təhməzovlar ailəsində
toy-büsat idi. Ailənin böyük qızının toyu idi, onu gəlin
aparırdılar. Evdən "Vağzalı" musiqisinin sədası kəsilməmiş gəlin
yoxa çıxır. Az sonra ana, 3 gün keçməmiş gəlinin bacısı üçün yas
mağarı qurulur...
Tükürpədən ailə faciəsi Xırdalan şəhərində yaşanıb. Milli.Az xəbər
verir ki, yanvarın 22-də Xırdalanda 17 yaşı Bahar Təhməzova özünü
dərmanla zəhərləyərək öldürüb.
Onun özünü öldürmə səbəbi tam məlum olmasa da, bu hadisəyə qədər
ailədə baş verən hadisələrin ardıcıllığı bəzi qaranlıq məqamlara
aydınlıq gətirir.
Əldə olunan məlumata görə, yanvarın 12-də Baharın böyük bacısı el
adəti ilə gəlin köçür. Beş gün sonra bacısı evdən qaçır və axtarışa
verilir.
Yanvarın 19-da polis tərəfindən tapılan həmin gəlin ata evinə
gələrək baş verənlərdə anasını günahlandırır. Anasına onu sevmədiyi
bir oğlana ərə verdiyini, bədbəxt olduğunu, həmin adamla yaşaya
bilmədiyini deyir.
Böyük qızın “ana, niyə məni sevmədiyim insana verdin?” sualına
valideyni cavab tapa bilmir. Cəmi bir neçə saat sonra ana özünü
asır. Ananın cənazəsini aparıb Lerik rayonunda dəfn edib, 3
mərasimini verib Bakıya qayıdan ailədə növbəti vay qopur. Evin
kiçik qızı, 17 yaşlı Bahar özünü dərmanla zəhərləyərək öldürür.
Hazırda ailə faciəsini Abşeron Rayon Prokurorluğu araşdırır.
Prokurorluqdan bildirilib ki, hazırda istintaq aparılır. Ölümlərin
səbəbinin hələ istintaqın sonunda müəyyənləşəcəyi deyilsə də, baş
verənlər hər şeyi aydın göstərir...
-
Kriminal19:06
Yevlaxda ər arvadını qətlə yetirdi, özü isə...
-
Rəsmi xronika18:36
İlham Əliyev və Rəisi açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Region17:50
Rəisinin helikopteri nəyə görə qəza etdi? - Detallar
-
Magazin117:41
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb: Bir ildir ki...
-
Nəqliyyat17:00
Yanğına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
İdman16:35
“Real”ın gələcək ulduzunun “sevgi müqaviləsi” - Görün hansı bəndlər varmış
-
Nida Xəbər 16:05
Polis erməni deputatları sərhədimizə buraxmadı
-
Magazin115:55
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: gördüm ki, maşında... - VİDEO