Rəisinin helikopterinin qəzaya uğradığı yerdə hava əməliyyatı aparmaq olmur - İran FHN
Bizi izləyin

Region

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə hava əməliyyatı aparmaq olmur - İran FHN

"İndiyədək Təbrizdən 8 təcili yardım maşını prezidentin helikopterinin qəzaya uğradığı əraziyə gedib".

Publika.az "Mehr"ə istinadla xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü Mojtaba Xalidi deyib.

"Hava təcili yardım helikopteri bölgəyə yola düşdü, lakin təəssüf ki, qatı duman səbəbindən hava əməliyyatını davam etdirmək mümkün olmadı. Qəzanın baş verdiyi yerlə yol arasındakı məsafənin çox olması səbəbindən Təbrizin 3 nəfərdən ibarət təcili tibbi yardım briqadaları hadisə yerində araşdırma aparmaq və təcili tibbi yardım göstərmək üçün avadanlıqlarla təchiz olunub", - o əlavə edib.

"Bu helikopter geri dönərkən çətin eniş edib və hava şəraiti ilə əlaqədar xilasetmə qruplarının qəza yerinə gəlib bizə əlavə məlumat verməsini gözləyirik", - Daxili işlər naziri bir neçə dəqiqə əvvəl deyib.

Qeyd edilib ki, prezidenti daşıyan helikopterdə xarici işlər naziri, Şərqi Azərbaycan valisi və Təbrizin İmam Cüməsi də olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm