Qırmızı.az
Bakıda yeni yol ötürücüsü istifadəyə verildi
Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan tunel tipli yol ötürücüsü bu gün səhər saatlarından sürücülərin istifadəsinə verilib.
Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, yan yolun asfaltlanması ilə əlaqədar tunel
tipli yol ötürücüsü müvəqqəti açılıb.
P.Mürsəliyev qeyd edib ki, uzunluğu 450 metr, eni 10,5 metr olan
iki hərəkət zolaqlı tunel tipli yol ötürücüsü Ə.Salamzadə
küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi
istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin
edir.
Qeyd edək ki, Xutor dairəsindəki yol qovşağı kompleksində son
tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması
planlaşdırılır.
Kompleksə 3 tünel və yol ötürücüsü daxildir.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO