Qırmızı.az
"Azərsu" işçi axtarır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi və “Kür Su Kəmərləri” İdarəsi üçün müxtəlif vəzifələrə işçi qəbulunu elan edir.
“Azərsu”-dan Publika.az-a verilən məlumata görə, “Birləşmiş Sukanal” MMC -yə nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri üzrə işçilər tələb olunur. Namizədlər şeçilərkən Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan rayonlarından olan vətəndaşlara üstünlük veriləcək.
“Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi üçün hidrogeoloq, metrologiya üzrə mühəndis, nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrinə işçi qəbulu elan edilir. Müsabiqədə Ağsu, Kürdəmir, Zərdab və Ucar rayonlarından olan namizədlərin iştirakı məqsədəuyğun hesab edilir.
“Kür su kəmərləri” İdarəsinə usta, subağlayıcı qurğuların operatoru, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik qaz qaynaqçısı peşələri üzrə işçilər tələb olunur. Namizədlər seçilərkən Hacıqabul, Şirvan, Salyan, Biləsuvar rayonlarından olan vətəndaşlara üstünlük veriləcəkdir.
Maraqlananlar şəxsi məlumatlarını (CV və fotoşəkil) [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən müvafiq peşənin adını göstərilməlidir. İşə qəbul müsabiqə əsasında həyata keçiriləcəkdir.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi