Qırmızı.az
Elçin Quliyev İrana gedəcək
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev ilin ikinci yarısında İrana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayin DSX-nin rəisi, Sərhəd Qoşunları komandanı general-leytenant E.Quliyevlə görüşüb və İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqarinin rəsmi dəvət məktubunu E.Quliyevə təqdim edib.
Görüşdə M.Pakayin E.Quliyevin İrana səfərinin iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin edilməsi və narktoiklər və insan qaçaqmalçılığına qarşı birgə mübarizənin gücləndirilməsinə müsbət təsir edəcəyini bildirib.
DSX rəisi iranlı həmkarının dəvətini qəbul edib və ilin ikinci yarısında Tehrana səfər edəcəyini vurğulayıb.
E.Quliyev, həmçinin iki ölkə arasındakı sərhədləri qardaşlıq və dostluq nümunəsi adlandırıb.
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq