Qırmızı.az
Qətlin üstü açıldı, şübhəli həbs edildi
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və
Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında
deyilir.
Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin
yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar
edilib.
Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən
Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulub, məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, mayın 31-də axşam B.Dadaşov
mobil telefon vasitəsi ilə tanış olduğu, özünü "Gülər" kimi təqdim
edən T.Quliyevin evinə gəlib və gecə saat 03 radələrində münaqişə
zəminində sonuncunu qətlə yetirib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı