Qırmızı.az
Namusu ləkələnən 19 yaşlı qız özünü öldürmək istədi
Göyçay rayonunda intihara cəhd edən nişanlı qız zorlandığını iddia edib.
ANS PRESS-in məlumatına görə, kənd sakinləri bildiriblər ki, Mırtı
kənd sakini 19 yaşlı B.B. yaşadığı evin həyətində özünü kəndirlə
asmaq istəyiblər. Bunu görən yaxınları qıza mane olublar.
Qızı dərhal xəstəxanaya yerləşdiriblər. Məsələni araşdırarkən qız
bildirib ki, qonşusu tərəfindən zorlanıb. Buna görə də, namusu
ləkələnib. Lakin qorxudan heç kimə xəbər verməyib. Çıxış yolunu isə
özünü öldürməkdə tapıb.
Qeyd edək ki, özünü öldürmək istən gənc qız nişanlı olub və yaxın
zamanda toyu olacaqdı.
Məsələ ilə bağlı rayon Prokurorluğu ilə əlaqə saxladıq. Göyçay
rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun ANS PRESS-ə
verdiyi məlumata görə, hələlik qızın zorlanması təsdiqini tapmayıb.
Qız tibbi ekspertizadan keçirilib.
Ekspertizanın nəticələri yaxın günlərdə məlum olacaq. Bu zaman
qızın həqiqətən də seksual zorakılığa məruz qalıb-qalmaması məlum
olacaq. Qızın bədənindəki yara izləri də müayinə olunub.
Hazırda qızı zorlamaqda ittiham olunan şəxs də saxlanılaraq ifadəsi
alınıb.
Faktla bağlı araşdırma aparılır.
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
İKT06:16
"Telegram"dan MÖHTƏŞƏM YENİLİK: "Bu ayın sonunda..."
-
İdman04:44
Türkiyənin məşhur klubu Mourinyo ilə danışıqlara başladı
-
Magazin104:14
Günel Zeynalovanın yeni biznesi: "Kimyaçı oldum" - FOTO
-
İKT03:50
Həkimlərin ağlına süni intellekt "calanacaq" - Yeni texnologiya
-
İdman02:12
Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - ANBAAN VİDEO
-
Sosial01:11
Düyü yenidən bahalaşa bilər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: işlərin gedişatı sizi narazı sala bilər