Qırmızı.az
Azərbaycanda yeni virus təhlükəsi
Azərbaycan Android əməliyyat sistemləri ilə çalışan cihazların istifadəçilərinin troyan virusuna məruz qalması ilə bağlı risk qrupuna düşən ölkələr sırasına daxil olub.
Publika.az-ın məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin yaydığı xəbərdə deyilir.
Məlumatda bildirilir ki, şirkətlərin məhsullarında aşkar olunan
təhlükəli proqram bir ay əvvələ yaxın şəbəkədə peyda olub və artıq
dünyanın 13 ölkəsində kompüterlərin yoluxdurulmasına 2 min dəfədən
artıq cəhd edilib. Əsas zərbə Rusiya və Ukraynaya dəyib, amma daha
10-dan artıq ölkə, o cümlədən Azərbaycan, Belarus, Gürcüstan,
Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya, Yunanıstan,
Cənubi Koreya və Sinqapur da risk qrupuna düşüb.
Bu virusun əsas vəzifəsi smartfonun yaddaş kartının tərkibinin
şifrələnməsidir. Proqram məşhur qrafik və mətn formatlarında media
fayllarına və sənədlərə tuşlanıb. Zərərli proqram özünü məlumatlara
girişə qayıtmaq üçün istifadəçidən pul tələb edən fırıldaqçı
proqram kimi aparır.
Şifrələnmənin başlanmasından dərhal sonra proqram qadağan edilmiş
məzmuna baxış üçün cihaza girişin bloka salınması barədə xəbəri
ekrana çıxarır. Xəbərdə cinayətkarlar "cərimə" ödəməyi tələb edrək
əks təqdirdə istifadəçinin məlumatlarını açıq mənbələrdə dərc
etməklə hədələyirlər.
Şifrələyici əsasən videofaylların səsləndirilməsi bəhanəsi ilə saxta porno saytlardan yayılır. Həmçinin troyan virusunun Andriod üçün oyunlar və ya faydalı proqramlar altında maskalanması halları da qeydə alınıb.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...