Qırmızı.az
AYB-nin XII qurultayı davam edir
“Mən tək Anara səs verməyəcəyəm. Yazçılar Birliyinin binasına, öz uşaqlığıma, yeniyetməliyimə, Səməd Vurğunun xatirəsinə səs verəcəyəm. Məhz o xatirələr səlahiyyət verir ki, mən Anara səs verim. Anardan savayı o binanı bizim üçün heç kim saxlamayacaq. Buna şübhəniz olmasın”. Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII Qurultayında çıxışı zamanı xalq şairi Vaqif Səmədoğlu deyib.
O bildirib ki, AYB-nin binasında gözü olanlar çoxdur: “AYB-nin binasını Nazim İbrahimov tikdirib. İndi bu binada Nazim İbrahimovun varislərinin gözü var. Bunları bilməli və ehtiyyatlı olmalıyıq. Ona görə də heç kimin şübhəsi olmasın ki, Anara səs verəcəyəm. O mənim uşaqlığımın, yeniyetməliyimin xatirələrini qoruyacaq”.
“Bu gün Azərbaycan xalqının, kitabının, sözünün bayramıdır. Bu gün Borçalı, Dərbənd, Kərkük yazıçılarını da təbrik edirəm. Çünki AYB-nin bayramı həm də onların bayramıdır”. Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII Qurultayında çıxışı zamanı xalq şairi Zəlimxan Yaqub belə deyib.
O bildirib ki, Səməd Vurğun bu gün bura gələ bilməsə də, oğlu Vaqif Səmədoğlu buradadır və öz sözünü deyir: “Yazıçılar Birliyi bizim evimizdir, ocağımızdır. Mənim səsim Anarın səsidir, mən səsimi ona verəcəyəm. Biz Anarı qoruyaq ki, o da yazıçıları qorusun”.
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri indiyədək ümumilikdə 14 min manat üzvlük haqqını ödəməyib”. Bu sözləri isə AYB-nin XII qurultayında təftiş komissiyasının sədri, professor Qəzənfər Paşayev deyib. Onun sözlərinə görə, Təftiş Komissiyası AYB-nin gəlirlərinə nəzarət edir və onu düzgün istiqamətə yönləndirir: “AYB-nin gəliri üzvlük haqqından və qəzet və jurnallardan gəlir. Sadəcə olaraq, hamı da bilir ki, qəzet və jurnalların gəlirləri o qədər də çox deyil. Elə ona görə də deməliyik ki, biz elə də böyük işlər görə bilməmişik. Bu qurultaya qədər Komissiyanın 9 üzvü var idi, bundan sonra say 7 üzvə endiriləcək. Təftiş Komissiyasına sədr kim seçiləcəksə, ona işlərində uğurlar arzulayıram. Anarın nüfuzu, şəxsiyyəti olmasaydı, AYB çoxdan parçalanardı. Anar sədr seçilsə, Yazıçılar Birliyi qazanar”.
“Ümid edirəm ki, qurultay iştirakçılarını seçimini düzgün edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII Qurultayında çıxışı zamanı bu sözləri deyib. O, qurultayın işini yüksək qiymətləndirib və səsini Anara verəcəyini açıqlayıb.
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri indiyədək ümumilikdə 14 min manat üzvlük haqqını ödəməyib”. Bu sözləri isə AYB-nin XII qurultayında Təftiş Komissiyasının sədri, professor Qəzənfər Paşayev deyib. Onun sözlərinə görə, Təftiş Komissiyası AYB-nin gəlirlərinə nəzarət edir və onu düzgün istiqamətə yönləndirir: “AYB-nin gəliri üzvlük haqqından və qəzet və jurnallardan gəlir. Sadəcə olaraq hamı da bilir ki, qəzet və jurnalların gəlirləri o qədər də çox deyil. Elə ona görə də deməliyik ki, biz elə də böyük işlər görə bilməmişik. Bu qurultaya qədər Komissiyanın 9 üzvü var idi, bundan sonra say 7 üzvə endiriləcək. Təftiş Komissiyasına sədr kim seçiləcəksə, ona işlərində uğurlar arzulayıram. Anarın nüfuzu, şəxsiyyəti olmasaydı AYB çoxdan parçalanardı. Anar sədr seçilsə Yazıçılar Birliyi qazanar”.
“Ümid edirəm ki, qurultay iştirakçılarını seçimini düzgün edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII Qurultayında çıxışı zamanı belə söyləyib. O, qurultayın işini yüksək qiymətləndirib və səsini Anara verəcəyini açılayıb.
Cəvahir
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü