Qırmızı.az
Prezident sərəncam imzaladı
Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödəniləcək kompensasiyaya görə rüsum tutlmayacaq.
Bu haqda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.
Dəyişikliyə görə, Qanunun 81-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilib:
81.1. Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.
81.2. Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilir.”
Prezident İlham Əliyev yeni dəyişikliyin tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat
verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda
dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin
etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR