Qırmızı.az
Zakir Qaralov tapşırıq verdi
Yanvarın 24-də Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qurumun məsul əməkdaşlarının,
habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən
qəbulda Baş prokuror 130-dan artıq vətəndaşın ərizə və
şikayətlərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün
qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə
tapşırıqlar verib.
Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir
qismi elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və sosial
problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə
bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin
artırılması,
habelə vətəndaşların qəbulu işinin düzgün təşkili və onların müraciətlərinə obyektiv baxılması ilə bağlı konkret tapşırıqlar verilib.
-
Sosial22:36
Dağın ətəyində tikilən “ayı mağarası” marağa səbəb oldu - VİDEO
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA