Qırmızı.az
Tibb Universitetində unikal əməliyyat - FOTOLAR
Tibb Universitetinin həkimləri unikal bir əməliyyat icra ediblər. ATU-nun Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib. Bu haqda Publika.az-a ATU-dan məlumat verilib.
İyunun 15-də Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və az qala dərini deşərək bayıra çıxıbmış. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.
Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis – ürək-damar uzmanı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən gerçəkləşdirilib. Lakin bundan sonra növbəti, daha ağır əməliyyat da lazım olub. Mirəli Məcidov deyir ki, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına “Sol bazu kondilusunun qapalı sınığı” diaqnozu ilə daxil olub: “Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra bəlli oldu ki, uşağın sol əlində nəbz itib, işemiya əlamətləri başlayıb, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşib”.
Doppler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. M.Məcidov söyləyir ki, damar trombozu uşağın qolunun kəsilməsi ilə nəticələnə bilərdi: “Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur, 2 mm qalınlığında damarlardır. Adətən, belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük”.
Həkimlər gecə saat 12-də yenidən əməliyyata giriblər. Tibb elmləri namizədi Nəsir Cəfərli deyir ki, yıxılma nəticəsində damarlar yalnız sıxılmayıb, həm də onların içi zədələnibmiş: “Dirsəkdəki damarın 3-4 sm-lik hissəsi tamamilə əzilmişdi. Ona görə həmin hissəni çıxardıq. Orada boşluq qalmasın deyə, bypass əməliyyat gerçəkləşdirib, sağ ayaqdan bir hissə damar götürüb sol qola qoyduq. Xəstəyə, demək olar, travma vermədən qolunu xilas edə bildik. Artıq balaca xəstəmizin nəbzi vurur”.
N.Cəfərli deyir ki, əgər dərhal müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsilməliydi. 6 saat davam edən əməliyyat uğurlu keçib. Artıq T. Allahverdiyev reanimasiyadan palataya köçürülüb. Vəziyyəti qənaətbəxşdir, qolunda hərəkət başlayıb, ağrıları da keçmək üzrədir.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO