Qırmızı.az
Həbsdəki vitse-admiralın əmisi oğlu: “Ona qarşı ifadə vermədim”
Hərbi-Dəniz Qüvvələrinin (HDQ) sabiq komandiri, vitse-admiral Şahin Sultanovun Müdafiə Nazirliyində çalışan əmisi oğlu Elçin Sultanovun istintaqa onun əleyhinə ifadə verməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
Vitse-admiralın vəkili Adəm Məmmədov virtualaz.org saytına açıqlamasında yayılan xəbəri təkzib edib. Vəkilin sözlərinə görə, Ş.Sultanovun qohumu onun əleyhinə heç bir ifadə verməyib: “Tamamilə yanlış məlumatdır. Şahin müəllimin qohumu istintaqda onun əleyhinə ifadə verməyib. Əksinə, Sultanov qohumları arasında böyük nüfuza malikdir. Belə bir məlumatı yaymaq cəmiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil”.
Virtualaz.org saytı vitse-admiralın əmisi oğlu Elçin Sultanovla əlaqə saxlayıb.
E.Sultanov da mətbuatda yazılanların həqiqətə uyğun olmadığını bildirdi: “Bunu kim deyibsə, kim yazıbsa, yalandır. Düzdür, üç həftə əvvəl məni çağırmışdılar, ifadə vermişəm. Amma işlə bağlı suallar verilib. Mən Şahin Sultanovun əleyhinə necə ifadə verə bilərəm axı? Onu tanıyanlar dövlətinə, vətəninə necə bağlı birirsi olduğunu yaxşı bilir. Bir daha deyirəm ki, istintaqda Şahin Sultanovun əleyhinə heç bir ifadə verməmişəm”.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO